SƏNAYE

4 min hektar sahədə yeni meşə zolağı salınıb
15 FEVRAL
169

4 min hektar sahədə yeni meşə zolağı salınıb

2018-02-15 10:31:00

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkənin 42,9 min hektar  meşə  fondu  torpaqlarına xidmət göstərilib. Fins.az xəbər verir ki, 10,2 min hektar meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılıb. Görülən meşəbərpa tədbirləri çərçivəsində 4,0 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 53,9 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 6,2 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa 43,8 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ümumilikdə, 2017-ci ildə 59,8 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 30,3 tonu (50,6 faizi) qoz, 9,8 tonu (16,4 faizi) ərik, 2,8 tonu (4,7 faizi) badam, 2,1 tonu (3,6 faizi) xurma, 1,6 tonu (2,7 faizi) alça, 1,4 tonu (2,3 faizi) şaftalı, 0,9 tonu (1,6 faizi) gavalı, 0,8 tonu (1,3 faizi) şabalıd, 0,7 tonu (1,2 faizi) fındıq, 9,4 tonu (15,6 faizi) isə digər meyvə və ağac toxumlarının payına düşüb.

Eləcə də bax: SKMF Qazax rayonu üzrə layihələrin qəbuluna başladı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253