SƏNAYE

SKMF Qazax rayonu üzrə layihələrin qəbuluna başladı
14 FEVRAL
173

SKMF Qazax rayonu üzrə layihələrin qəbuluna başladı

2018-02-14 15:07:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazax rayonunda bu ilin ilk işgüzar forumunu keçirib. Fins.az xəbər verir ki, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Qazax rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

  • kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
  • ət kəsimi və süd emalı müəssisələrinin yaradılması;
  • otelin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Eləcə də bax: Əhalidən alınan xam yunu emal edəcək fabrik tikilir

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276