SƏNAYE

Bu rayonlarda xalçaçılar üçün yeni iş imkanları yaradılır
14 FEVRAL
153

Bu rayonlarda xalçaçılar üçün yeni iş imkanları yaradılır

2018-02-14 12:29:00

Ötən il Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Ağdam, Tovuz, Şəmkir, Qazax, Füzuli ( Horadiz), Ağstafa rayonlarında xalça emalatxanalarının tikintisi başa çatdırılıb. "Azərxalça" ASC-nin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, müasir standartlara uyğun xalça emalatxanalarında 900 nəfər işlə təmin edilib.   

Hazırda Abşeron, Sabunçu, Kürdəmir, Tərtər, Goranboy, Lənkəran, Biləsuvar, Qobustan, Şabran rayonları və Naxçıvan şəhərində xalça emalatxanalarının, Bərdə, Qobustan, Sabirabad, Şabran və Naxçıvanda Regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin tikintisi həyata keçirilir. Bu müəssisələrin yaradılması əvvəla işsizliyi aradan qaldırır,  eyni zamanda Azərbaycanın qədim sənəti olan xalçaçılığın inkişafında əhəmiyyətli rol oynayır. İxrac məhsulu olan Azərbaycan xalçasının dünya bazarına çıxması, beynəlxalq sərgilərdə iştirakı təkcə ölkəmizin təbliği baxımından əhəmiyyətli deyil. Əhəmiyyətli olan həm də  xalçaçılığın Azərbaycan iqtisadiyyatının çoxşaxəli istiqamətdə inkişafına verdiyi töhfədir.

Eləcə də bax: Masallı Sənaye Məhəlləsində 9 müəssisə fəaliyyətə başlayacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254