SƏNAYE

Astarada arıçılıq inkişaf etdirilir
13 FEVRAL
190

Astarada arıçılıq inkişaf etdirilir

2018-02-13 10:49:00

Astaralı arıçılar bu il hər ailədən 18-20 kq bal süzməyi planlaşdırır. Rayonda 1200-dən çox arıçının 26 minə yaxın arı ailəsi var. Bu göstəricilər ötən illə müqayisədə xeyli artıb.

Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov bildirib ki, hər bir ailə ailəsi üçün 10 manat subsidiya verilir: “Hazırda arı ailələri Masallı və Lənkəran rayonları ərazisində saxlanılır. Yazda pətəklər yenidən Astaraya qaytıralacaq”.

Bu il bir neçə dəfə bal satışı yarmarkalarının keçirilməsi satış üçün geniş imkanlar yaradacaq. Astaralı arıçılar il ərzində satış yarmarkalarına 10 tona yaxın bal çıxarmağı planlaşdırır.

Eləcə də bax: Şəkidə 2500 nəfər işlə təmin ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254