SƏNAYE

Karantin nəzarətini Qida Təhlükəsizliyi Agentliyi edəcək
12 FEVRAL
160

Karantin nəzarətini Qida Təhlükəsizliyi Agentliyi edəcək

2018-02-12 12:46:00

Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Eldar İbrahimov gündəliyə daxil edilən məsələlər barədə ətraflı məlumat verib. Bildirilib ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında” qanun layihələrində edilən dəyişikliklər “Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların bəzi səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi ilə bağlı müzakirələr aparılıb.

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib ki, müzakirədə qeyd olunub ki, ölkə başçısının müvafiq fərmanının tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir. Sənədlərdə edilən dəyişikliklərdə “Tarladan süfrəyə” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərinə baytarlıq, fitosanitar və sanitariya nəzarəti və tənzimləmə funksiyalarını (idxal və ixrac da daxil olmaqla) Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur. İclasda bildirilib ki, Dövlət Sanitariya Epidemioloji Xidmətinin Azərbaycan ərazisində sağlamlıq üçün təhlükəli yeyinti məhsullarının sanitariya mühafizəsi vəzifəsi də ləğv edilir və bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti qida zəncirinin bütün mərhələlərində artıq yeyinti məhsullarını əhatə etməyəcək.

Eləcə də bax: Diqqət: “Kənd toyuqları” adı ilə broyler məhsulları satılır

Millət vəkilləri Eldar Quliyev, Cavanşir Paşazadə, Tahir Süleymanov, Novruz Aslan, Hüseynbala Mirələmov, Elçin Quliyev, Aydın Hüseynov, İqbal Məmmədov qanun layihələrində edilən dəyişikliklərin zəruri olduğunu, sənədlərin əhatə etdiyi dairələrdə xidmətlərin insan həyatı və sağlamlığı üçün çox əhəmiyyətli olduğunu bildiriblər.

Kommunikasiya və informasiya texnologiyaları şöbəsi bildirir ki, qanunda təklif olunan dəyişikliklər qəbul olunduqdan sonra heyvan və bitki sağlamlığı xidmətlərini Kənd Təsərrüfatı Nazirliyinin, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində nəzarət və tənzimləmə funksiyalarını isə Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirməsi nəzərdə tutulur.

İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli millət vəkillərini maraqlandıran suallara cavab verib. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Foodinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276