SƏNAYE

Məhsul istehsalçılarına 3,5 milyon manat avans verilib
10 FEVRAL
396

Məhsul istehsalçılarına 3,5 milyon manat avans verilib

2018-02-10 14:00:00

Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tədarük-təchizat sistemi vasitəsi ilə kiçik və orta sahibkarlığın stimullaşdırılması mexanizmi kimi avans sistemi təsis edib. 2017-ci ilin yekunlarına görə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən kütləvi informasiya vasitələrində elanlar verilmiş və geniş təbliğat işləri aparılıb. Bu proses nəticəsində 309 istehsalçıdan müxtəlif məhsullar üzrə müraciət daxil olub. Həmin istehsalçıların monitorinqi həyata keçirilərək, istehsal potensialı və təqdim edilən sənədlərin düzgünlüyü təsdiq olunan 132 təsərrüfat subyektinə yaz və payız sezonunda 11 adda məhsul istehsalı üçün 3 544 488 manat avans ödənilib.

Qurumun mətbuat xidmətindən Fins.az-a bildirilib ki, avans müqavilələri üzrə cari ilin 1 yanvar tarixinə qədər 2 469 902,2 kq kənd təsərrüfatı məhsulları o cümlədən, kartof – 2 089 901 kq, çuğundur – 58 565 kq, yerkökü – 7400 kq, lobya -3 672,5 kq, çəltik-23 626 kq, kələm-196 223,5 kq, qarabaşaq- 4 272,0, noxud-86 242,2) ASC tərəfindən tədarük olunub.

Tədarük olunan yerli məhsulların realizasiyası istiqamətində atılan addımlara gəldikdə isə, il ərzində paytaxtın 3 rayonunda və Sumqayıt şəhərində təşkil olunan yarmarkalarda ASC iştirakı təmin olunub və müvafiq məhsullar yarmarkadakı digər qiymətlərlə müqayisədə 20-30% aşağı olmaqla alıcılara təklif edilib. Bakı şəhəri ərazisində 5, Sumqayıt şəhəri ərazisində isə 2 yerdə satış yarmarkaları təşkil olunaraq məhsul satışı üçün hazır vəziyyətə gətirilib. Ölkənin regionlarında becərilən müxtəlif kənd təsərrüfatı məhsullarının ASC tərəfindən tədarük olunaraq yerlərdə və Bakı şəhərində satışı təşkil olunub. Regionlarda tədarük olunan məhsulların daxili bazarlarda satışı ilə yanaşı Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində təşkil olunan yarmarkalarda da məhsul satışı həyata keçirilib. Bakı şəhərinin Keşlə, 8-ci km və s. bazarlarında, Sumqayıt yarmarkasında yerli fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışında bilavasitə iştirak edilib, onlar üçün satış yerləri təşkil edilib. Bunun nəticəsində ASC-nin dəstəyi ilə yerli fermerlər müxtəlif çeşiddə (kartof, sogan, yerkökü, çuğundur, kələm və s.) kənd təsərrüfatı məhsullarını satışa çıxarıblar.

Eləcə də bax: “Qarabağ Taxıl” alıcılara aqrokimyəvi məsləhətlər də verəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301