SƏNAYE

Regionlarda “tədarük bazarları” açılacaq
09 FEVRAL
132

Regionlarda “tədarük bazarları” açılacaq

2018-02-09 11:28:00

Ötən il fəaliyyətə başlayan “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhərində əsas logistika mərkəzi olmaqla 12 regional bölmə, 38 rayonda dayaq məntəqələri yaradılıb. Fins.az xəbər verir ki, hazırda Səhmdar Cəmiyyətin istifadəsində ümumi tutumu 19 000 m2 -dən çox anbar təsərrüfatı mövcuddur. Əlavə olaraq, gündəlik mal dövriyyəsini həyata keçirmək məqsədilə ümumilikdə 16 yük avtomobili icarəyə götürülüb, Bakı şəhərində pərakəndə satışı həyata keçirmək məqsədilə 15 əlavə yük maşını avtomobil parkına daxil edilib.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən 859 saylı “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” bu sahədəki btün münasibətləri tənzimləyir. Bu Qaydaların məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müəyyənləşdirməkdir. Eyni zamanda, qaydalar satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma (o cümlədən, satınalma dövriliyi) barədə şərtləri müəyyən edir, satınalan təşkilatlarla tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələrin nümunəvi formalarını, ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını tənzimləyir.

Yaxın gələcəkdə ölkə ərazisində tədarük məntəqələrinin genişləndirilməsi, regionlarda “tədarük bazarları”nın açılması nəzərdə tutulur.

 Eləcə də bax: Qaxda böyük aqroparklar yaradılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301