SƏNAYE

Astaralı fermerlər ucuz kələm almaq istəyənlərin yolunu gözləyir
07 FEVRAL
891

Astaralı fermerlər ucuz kələm almaq istəyənlərin yolunu gözləyir

2018-02-07 16:49:00

Fermerlər 1 hektardan 30-40 ton məhsul əldə edib. Bu məhsulun yetişdirilməsi üçün 1 hektara 1400-1500 manat xərc çəkilib. Satış qiymətləri isə, maya dəyərinin yarısını belə ödəmir. Alıcılar kələmin 1 kq-nı 10-12 qəpiyə istəyirlər. Bu isə fermerlərə sərf etmir. Təsərrüfat sahibləri qiymətin 20-25 qəpiyə qalxmasını istəyirlər. Fermerlər bildirir ki, hazırda Rusiya bazarlarında kələmə ehtiyac var. Lakin iş adamları kələm ixrac etməyə maraq göstərmir.

Kənd Təsərrüfatı Nazirliyinin Astara rayon Şöbəsindən bildirilib ki, məhsul bolluğu olduğundan alıcı qıtlığı yaşanır. Rayonda 10 hektardan çox ərazidə kələm əkilib. Hazırda məhsulun Rusiyaya ixrac olunması üçün işlər görülür.

© ARB Cənub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258