SƏNAYE

"Şəki İpək" yun istehsalına başlaya bilər
07 FEVRAL
312

"Şəki İpək" yun istehsalına başlaya bilər

2018-02-07 12:35:00

“Şəki İpək” ASC istehsal etdiyi məhsulların çeşidini genişləndirə bilər. Belə ki, şirkət ipəklə yanaşı yun istehsalı da gerçəkləşdirə bilər.

Fins.az-ın verdiyi xəbərə görə, belə bir təkliflə “Şəki İpək” ASC-nin İdarə Heyətinin sədri Nizami Qəribov çıxış edib: “Hazırda yun tədarükü yoxdur. Dağıstanın isə yuna tələbatı var. Mövsümi olaraq, ipək satışında azalma olur ki, satışdakı bu azalmanı məhz yunla kompensasiya etmək mümkündür”.

N.Qəribov həmçinin məhsulların Avropada satışının mümkün olması üçün dəzgahların dəyişdirilməsinə ehtiyac olduğiunu bildirib: "Dəzgahların bir qismini dəyişsək, istehsalın 30%-ni Avropaya çıxarmaq olar”.

Azərbaycan Sənaye Korporasiyanın baş direktoru Kamran Nəbizadə isə bildirib ki, “Şəki İpək”lə bağlı inkişaf strategiyasının hazırlanmamsı üçün təcrübəli şirkətlərdən birinin cəlb edilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu işlər son məhsulun istehsal forması və satış istiqamətlərinin müəyyənləşdirilməsində kömək edəcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258