SƏNAYE

Baş direktor: "Şüşə istehsalı zavodunun gücü artırılacaq"
07 FEVRAL
475

Baş direktor: "Şüşə istehsalı zavodunun gücü artırılacaq"

2018-02-07 11:56:00

"Ağır sənayenin mühüm sahələrindən olan şüşə istehsalının inkişafı "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin vacib fəaliyyət istiqamətlərindən biridir".

Fins.az xəbər verir ki, bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələri" mövzusunda keçirilən tədbirdə deyib.

"Bu istiqamətdə "Azərşüşə" MMC-nin balansında olan şüşə zavodunda istehsala sərf olunan vaxtın və xərclərin azaldılması məqsədilə qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı tədbirlər görüləcək. Zavodun istehsal gücünün artırılması və lazım olan xammalın idxalından asılılığın aradan qaldırılması nəzərdə tutulur ki, bu istiqamətdə də işlər aparılır", - deyə baş direktor əlavə edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258