SƏNAYE

Zərdabda rekord nəticə əldə edilib
07 FEVRAL
297

Zərdabda rekord nəticə əldə edilib

2018-02-07 09:31:00

2017-ci ildə Zərdab rayonunda 67 milyon 500 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu öncəki göstəricidən 11 milyon manat çoxdur. Qeyd edilən dövrdə həmçinin, 480 qutu inkubasiya olunan ipəkqurdu toxumundan 27 ton 55 kq barama tədarük edilib. Bu 2016-cı ildəki göstəricidən 4 dəfə çox olmaqla ölkə üzrə ən yüksək göstəricidir.

Taxıl istehsalı sahəsində də rayon tarixində rekord nəticə əldə edilib. 19753 hektar sahədən 58 min ton taxıl tədarük edilib. Bu 2016-cı ildəki göstəricidən 6721 ton çoxdur.

Eləcə də bax: Balakəndə fındıqçılıqdan 14,5 milyon manat gəlir əldə olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276