SƏNAYE

Biləsuvarda iribuynuzlu mal-qaranın tələf olma səbəbi ilə bağlı RƏSMİ AÇIQLAMA
06 FEVRAL
303

Biləsuvarda iribuynuzlu mal-qaranın tələf olma səbəbi ilə bağlı RƏSMİ AÇIQLAMA

2018-02-06 13:00:00

2018-ci ilin yanvarın 30-da Biləsuvar rayonu ərazisində sahibkar Cavadov Alim Rafiq oğluna məxsus təsərrüfatda iri buynuzlu mal-qaranın tələf olması faktı qeydə alınıb. Vətəndaşın müraciəti əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxxəssisləri əraziyə ezam olunub. Ölən heyvanın cəsədi yarılaraq daxili orqanlardan patoloji material götürülüb, müayinə məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Xidmətin mətbuat katibi Yolçu Xanvəli Fins.az-a bildirib ki, təsərrüfatda 14 baş iribuynuzlu heyvan olub, onlardan 2 baş xəstə, 1 baş ölmüş heyvan aşkar edilib. Heyvan cəsədindən götürülən nümunələrin ekspertizası zamanı ölümə səbəbin ümumi zəhərlənmə olduğu müəyyən edilib. Bununla əlaqədar heyvanların yemi dəyişdirilib. Araşdırma zamanı təsərrüfatda və rayon ərazisində heç bir infeksion xəstəliklər qeydə alınmayıb. Xəstə heyvanlar mütəxəssislər tərəfindən simtomatik müalicəyə cəlb edilib. Hazırda Biləsuvar rayonu ərazisində xəstəliklər əleyhinə profilaktiki peyvəndləmələr aparılır. Rayon ərazisində epizootik durum sabitdir.

Eləcə də bax: DBNX: Heyvanlarda özbaşına müalicə, peyvəndləmə aparılmamalıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273