SƏNAYE

Nazir müavini: Azərbaycanın bütün rayonlarda sənaye zonaları yaradılacaq
06 FEVRAL
270

Nazir müavini: Azərbaycanın bütün rayonlarda sənaye zonaları yaradılacaq

2018-02-06 12:03:00

"Bu gün Azərbaycanda artıq 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. Gələcəkdə isə Azərbaycanın bütün rayonlarda sənaye zonaları yaradılacaq".

Fins.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda "Sənayedə yerli xammaldan idxalı əvəz edən istehsalın genişlənməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Strateji Yol Xəritəsinə uyğun olaraq sənaye klasterlərinin yaradılması istiqamətində işlər aparılır: "Bununla əlaqədar metodologiya və təkliflər, həmçinin tətbiq ediləcək güzəştlər hazırlanır".

O bildirib ki, İqtisadiyyat Nazirliyi hazırda 2018-ci ildə istehsala başlayacaq SOCAR-Polymer layihəsinin məhsulları üçün potensial istehlakçı axtarır: "Artıq 15 şirkətlə danışıqlar aparılır. Onlarda ilkin olaraq 50 min ton tələbat olduğu müəyyən edilib".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253