SƏNAYE

Heyvan xəstəliklərinə qarşı və qida təhlükəsizliyi üzrə işlər gücləndirilir
06 FEVRAL
126

Heyvan xəstəliklərinə qarşı və qida təhlükəsizliyi üzrə işlər gücləndirilir

2018-02-06 10:35:00

Fevralın 5-də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) dəstəyi ilə həyata keçirilən BEB-in referens laboratoriyası olan, İtalyanın Teramo şəhərində yerləşən Zooprofilaktika İnstitutu (İZSAM) ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyası (RBL) arasında bağlanan müqavilə əsasən qida təhlükəsizliyi ilə bağlı aparılan müayinələrin keyfiyyətinin artırılması üzrə “Tivinninq” layihəsinin açılış mərasimi keçirilib.

Fins.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov bildirmişdir ki, “Tvinninq” layihəsinin əsas məqsədi Respublika Baytarlıq Laboratoriyasında qida təhlükəsizliyi ilə bağlı aparılan müayinələrin keyfiyyətinin yüksəldilməsi, işçilərin və mütəxəssislərin peşəkarlıq səviyyəsinin və diaqnostik bacarıqlarının artırılmasından ibarətdir. Xidmət rəisi “Tvinninq” layihəsinin 2 il müddətində davam edəcəyini və bu müddətdə qarşıya qoyulan məqsədlərə nail olunacağını bildirdi. Həmçinin qeyd etdi ki, bu 2 il ərzində BEB-in referens laboratoriyası olan, İtalyanın Teramo şəhərində yerləşən Zooprofilaktika İnstitutunun mütəxəssislərinin köməyi ilə Respublika Baytarlıq Laboratoriyası heyətinin texniki bilik və bacarıqlarını artırmaq, qida təhlükəsizliyi sahəsində müayinə prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etməklə RBL-in gələcəkdə akkreditasiya olunmasına dəstək göstərmək, RBL-nın qida təhlükəsizliyi üzrə referens laboratoriyası olması üçün imkanlar yaratmaq və nəhayət, Respublika Baytarlıq Laboratoriyasının BEB-in regional Əməkdaşlıq Mərkəzi statusunu qazanmaqdır.

Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı sahəsinə, o cümlədən baytarlığa göstərilən diqqət və qayğıdan danışan Azər Süleymanov xatırlatdı ki, 2015-ci ilin dekabrın 28-də cənab Prezident “Baytarlıq şəhərciyi”nin, o cümlədən Respublika Baytarlıq Laboratoriyasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olmuşdur. Həmçinin laboratoriyada beynəlxalq standartlara uyğun avadanlıqlar alınaraq quraşdırılmışdır. 2016-cı ildə 49 nəfər laboratoriya əməkdaşının Türkiyə, Yaponiya, Rusiya və Ukrayna kimi ölkələrdə, 2017-ci ildə isə əlavə olaraq 14 nəfərin təkrarən Türkiyənin müxtəlif laboratoriyalarında təlimdə iştirak edib, müasir müayinə metodlarını mənimsəmişlər.

Xidmət rəisi laboratoriyanın akkreditasiyadan keçməsi və BEB-in regional Əməkdaşlıq Mərkəzi statusunu qazanması üçün bəzi şərtlərin, o cümlədən havalandırma, isitmə, soyutma, zərərsizləşdirmə sistemləri, müasir avadanlıqlarla təminatı və s. məsələlərin öz həllini tapdığın bildirmişdir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273