SƏNAYE

Qaradolaqlı fermerlər “ağ qızıl”la rekorda imza atır
06 FEVRAL
76

Qaradolaqlı fermerlər “ağ qızıl”la rekorda imza atır

2018-02-06 09:52:00

Ağcabədili fermerlər bu il 10 min hektardan artıq ərazidə çiyid səpməyi düşünürlər. Ötən il rayonda 9500 hektar sahədə 2500 ton pambıq yığılaraq zavodlara təhvil verilib. Qaradolaq kəndində isə, ötən il 454 hektar ərazidə pambıq becərilib. Uğurlu aqrotexniki qulluq nəticəsində sahələrdən 1120 ton pambıq yığılıb. Bu rayon üzrə ən yüksək nəticələrdən biridir. Bu uğurda əməyi olanlardan biri də fermer Pərviz Abbasovdur. Sahibkar əməyindən də, nəticəndə də razıdır. Ona görə bu il də pambıq əkəcək: “Ötən il 30 hektar pambıq əkmişdim. 87 ton pambıq götürdüm. Bu il də əkinə hazırlıq işlərinə başlamışıq.”

Eləcə də bax: Balakənli “milyonçu”lar nə əkib-becərir?

Fermer Əmraslan Məmmədov da çörəyini “ağ qızıl”dan çıxarır. Bildirir ki, ötən il zəhmətinin bəhrəsi olaraq 30 min manat qazanmışam: “Bu il də 35 hektar pambıq əkmişəm. Məhsuldarlıq ildən ilə artır.”

Ağcabədi pambıq zavodları fermerlərlə bağlanan müqaviləyə əsasən, onları çiyidlə təmin edəcək. Məhsuldarlığı artırmaq üçün aqronomlar da fermerlər yanında olacaq. Odur ki, bu ilin nəticələri rekord göstərici vəd edir. Hər hektardan 35-40 sentner “ağ qızıl” əldə edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301