SƏNAYE

“Azəriqaz”: Ötən il 93 350 yeni abonent qeydiyyata alınıb
12 YANVAR
120

“Azəriqaz”: Ötən il 93 350 yeni abonent qeydiyyata alınıb

2018-01-12 16:16:00

2017-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb.

Fins.az “Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 48 877-si Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb.

Bu il yanvarın 1-i tarixinə qeyri-əhali sektoru üzrə 468 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301