SƏNAYE

Azərbaycan indiyədək 251 mln. ton mənfəət nefti satıb
12 YANVAR
288

Azərbaycan indiyədək 251 mln. ton mənfəət nefti satıb

2018-01-12 12:59:00

 İşlənmənin əvvəlindən (1997-cı il) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 445,4 mln. ton neft və 140,5 mlrd. kubmetr qaz hasil olunub.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə AZƏRTAC-a müsahibəsində bildirib.

“Artıq 19-cu ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 250,7 mln. ton mənfəət nefti satılıb ki, bu da AÇG-dən hasil edilmiş bütün neftin 55%-ni təşkil edir”, - X.Yusifzadə qeyd edib.

Onun sözlərinə görə, 2018-ci il yanvarın 1-dək dünya bazarına 466,7 mln. ton neft çıxarılıb ki, bunun da 350 mln. tona qədəri Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259