SƏNAYE

Ötən gün 59 ton pambıq tədarük edilib
12 YANVAR
245

Ötən gün 59 ton pambıq tədarük edilib

2018-01-12 09:53:00

Yanvarın 10-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 215 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən gün 59 ton pambıq tədarük edilib. Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254