SƏNAYE

İsmayıllı arıçıları ötən il 57,5 ton bal götürüblər
11 YANVAR
265

İsmayıllı arıçıları ötən il 57,5 ton bal götürüblər

2018-01-11 14:44:00

İsmayıllı rayonunda bal istehsalı ildən-ilə artır və ötən il arı ailələrindən 57,5 ton bal götürülüb ki, bu da inişilki göstəricidən 1,2 ton çoxdur.

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, hazırda bölgədə 7064 baş arı ailəsi var. 2017-ci ildə ailələrin sayı əvvəlki ildəkinə nisbətən 40 baş artıb.

İsmayıllının əksər ərazilərində, xüsusilə Mollaisaqlı, Topçu, Tircan, şimal dağlıq ərazilər olan Əhən, Həftəsov və bir sıra digər yaşayış məntəqələrində, habelə İvanovka kolxozunda sakinlər təsərrüfatın bu sahəsinə daha çox maraq göstərirlər. Təsadüfi deyil ki, həmin ərazilərdə arı ailələrinin sayı daha çoxdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258