SƏNAYE

Bu il indiyədək suvarılmayan ən azı 100 min hektar sahəyə su veriləcək
11 YANVAR
155

Bu il indiyədək suvarılmayan ən azı 100 min hektar sahəyə su veriləcək

2018-01-11 12:13:00

Bu il 100 min hektardan çox yeni sahələrin su təminatı təşkil edilməlidir. Yerlər müəyyənləşdirilib, layihələr demək olar ki, təsdiqlənib, yeni kanallar çəkiləcək. Beləliklə, kənd təsərrüfatı üçün yeni imkanlar yaranacaq.

Fins.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Suvarma ilə bağlı problemlərə toxunan dövlətimizin başçısı deyib: “Mənim bölgələrə səfərlərim çərçivəsində ictimaiyyət tərəfindən qaldırılan məsələlərdən biri də suvarma ilə bağlı olan problemlərdir. Vətəndaşlar tərəfindən qaldırılmış bütün təkliflər dövlət investisiya proqramında nəzərə alınıb. Ona görə, bu il bu günə qədər suvarılmayan ən azı yüz min hektar torpaqlara su gətiriləcəkdir. Bu il ən azı 300 subartezian quyusu qazılacaq. Hər il 300 quyu qazırıq və bu il də 300 nəzərdə tutulub, çox da ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273