SƏNAYE

TAP layihəsinə kreditin ayrılması ilə bağlı danışıqlar davam etdirilir
10 YANVAR
104

TAP layihəsinə kreditin ayrılması ilə bağlı danışıqlar davam etdirilir

2018-01-10 10:11:00
“Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) tərəfindən Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinə kreditin ayrılması ilə bağlı danışıqlar davam etdirilir”. Bunu TAP Konsorsiumunun prezidenti Volter Pirer “Reuters” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, EİB tərəfindən TAP-a 1,5 milyard avro həcmində kreditin ayrılması ilə bağlı qərar fevral ayında qəbul ediləcək. Xatırladaq ki, SOCAR-ın sərmayələr və marketinq üzrə vitseprezidenti Elşad Nəsirov da Avropa İnvestisiya Bankı tərəfindən TAP layihəsinə 1,5 milyard avro məbləğində kreditin ayrılmasının gələn ilin fevral ayınadək təxirə salındığını bildirmişdi. O, bu addımın layihənin icrasına hələlik təsir etməyəcəyini qeyd etmişdi: “Hələlik bu qərar layihənin icrasına təsir etmir. TAP layihəsi 2020-ci ilin əvvəlində istismara veriləcək”. Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası ilə bağlı strateji məqsədlərində mühüm rol oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir. TAP-ın ilkin illik nəql imkanı 10 milyard kubmetrdir (illik 20 milyard kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC - 20%, BP - 20%, “Snam” - 20%, “Fluxys” - 19%, “Enagás” - 16%, “Axpo” - 5%.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301