SƏNAYE

Azərbaycan Ukraynaya ötən il 377 mln. dollarlıq neft ixrac edib
09 YANVAR
183

Azərbaycan Ukraynaya ötən il 377 mln. dollarlıq neft ixrac edib

2018-01-09 15:46:00

 Ukrayna 2017-ci ildə Azərbaycandan 376,8 mln. dollarlıq neft idxal edib.

Fins.az xəbər verir ki, xəbər verir ki, Azərbaycandan neft idxalı 2017-ci il ərzində Ukraynanın ümumi xam neft və qaz kondensatı idxalının 85,2%-ni təşkil edib.

Belə ki, 2017-ci il ərzində Ukrayna 442,2 mln. dollarlıq xam neft və qaz kondensatı idxal edib. Bu isə əvvəlki illə müqayisədə 2,5 dəfə artıqdır. Hesabat dövründə Ukrayna İrandan 37,7 mln. dollar (8,5%), Qazaxıstandan 17,5 mln. dollar (3,9%), digər ölkələrdən isə 10 mln. dollar həcmində xam neft idxal edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276