SƏNAYE

207 min 83 ton pambıq tədarük olunub
09 YANVAR
144

207 min 83 ton pambıq tədarük olunub

2018-01-09 12:54:00
Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən iki gündə pambıq qəbulu məntəqələrinə 77 ton məhsul təhvil verilib.
Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuş, 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib. Əgər ötən mövsüm qəbul məntəqələrinə 89 min ton pambıq təhvil verilmişdisə, builki göstərici ondan 118 min ton çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277