SƏNAYE

Gürcüstanın yanacaq idxalının 30 faizi Azərbaycanın payına düşür
08 YANVAR
246

Gürcüstanın yanacaq idxalının 30 faizi Azərbaycanın payına düşür

2018-01-08 15:16:00

2017-ci ilin dekabr ayında Gürcüstan Azərbaycandan 34,1 min ton benzin və dizel yanacağı idxal edib.

Fins.az-ın verdiyi xəbərə görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 13,1 min ton çoxdur.Hesabat dövründə Gürcüstanın neft məhsulları idxalının 29,2%-i Azərbaycanın payına düşüb.

Ötən ilin dekabr ayında Gürcüstan ümumilikdə 116,7 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da noyabr ayı ilə müqayisədə 21,3 min ton çoxdur.

Gürcüstan Azərbaycanla yanaşı, ən çox Rusiya (32 min ton), Rumıniya (28,5 min ton), Türkmənistan (11 min ton), Bolqarıstan (6,2 min ton) və Yunanıstandan (4,9 min ton) benzin və dizel yanacağı idxal edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255