SƏNAYE

“Exxon Mobil” Qayanada iri neft yatağı kəşf edib
08 YANVAR
261

“Exxon Mobil” Qayanada iri neft yatağı kəşf edib

2018-01-08 14:52:00

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “Exxon Mobil” korporasiyası Qayanada iri neft yatağı kəşf edib.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Stabroek” bloku adlandırılan yataq Atlantik Okeanda 26 min 800 kvadratkilometr (6,6 milyon hektar) sahəni əhatə edir.

“Qayana sularında belə bir yatağın kəşfi şirkətin imkanlarını göstərir”, - deyə “ExxonMobil Exploration Company”in prezidenti Steve Greenlee bildirib.

Şirkət 2018-ci ilin sonunadək “Stabroek” blokunda daha çox ərazidə kəşfiyyat aparmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255