SƏNAYE

Azərbaycan banana olan tələbatın 100 faiz ödəmə gücündədir
08 YANVAR
545

Azərbaycan banana olan tələbatın 100 faiz ödəmə gücündədir

2018-01-08 14:23:00

Günümüzdə hər kəsi maraqlandıran əsas suallardan biri.

Necə öz biznesimizi qura bilərik?

Bunun üçün ilk əvvəl ölkə bazarını araşdırmalı və hansı sahədə daha çox güzəşt, daha az xərc və daha çox gəlir əldə etməyin mümkün olduğunu düşünmək lazımdır. (Aqrar biznesinizi bizimlə planlaşdırınhttp://npcagro.com/az/ )

Azərbaycanda son illərdə daha çox güzəştin təyin oldunduğu kənd təsərrüfatı gözəl seçim olar. Lakin, burada da bir neçə sual meydana çıxır. Nəyetişdirməli? Buna təlabat varmı? Biz bu məqalədə sizə Azərbaycan üçün yeni bir əkin növü təklif edirik. Statistik göstəricilərə baxsaq Azərbaycana son 4 ildə idxal olunan və həcmi kifayət qədər artan məhsul tez bir şəkildə gözə çarpır. Təkcə 2015-ci ilin 1-ci rübündə Azərbaycana banan idxalı 4 mln ABŞ dolları təşkil etmişdir. Ümumiyyətlə 2015-ci ildə banan idxalına 20 milyon dollara yaxın vəsait xərclənib. Bu rəqəmin belə yüksək olmasıAzərbaycan bazarında da banan qiymətinə öz təsirii göstərir.

Bəs Azərbaycanda necə banan yetişdirmək olar?

Banan tropik və subtropik iqliminə malik ölkələrdə təbii şəkildə yetişdirilir. Lakin statistika göstərir ki, dünya bazarında banan istehsalının 21%-i kimi böyük bir həcmi istixanalarda yetişdirilən bananın payına düşür. Azərbaycanın iqlimi bu istixanaların qurulmasına tam uyğundur. QonşölkəTürkiyədə 1999-2009-cu illərdə banan istehsalının həcminə nəzər salsaq görərik ki, bu dövr ərzində bu sahə Türkiyədə kifayət qədər inkişaf etmiş vədemək olar ki, bazar tələbatını tam şəkildə ödəmişdir. 2008-2009-cu illərdə Türkiyə istixanalarında yetişdirilən bananıümumi miqdarı 500 tona yaxın olmuşdur.

Əslində isə bananıəkinçox sadə, kökləri uzun ömürlüdür və il ərzində 2 dəfə məhsul almaq mümkündür. Əəsası isə digər meyvələr kimi iqtisadi cəhətdən səmərəli məhsul əldə etməüçün 3-5 il gözləməyə ehtiyac yoxdur. Bundan başqa artıçiçək açmış banan ağacları 76-110 gün müddətindəməhsul verməyə başlayır. Yaxşı və professional iqlim şəraiti qurulmuş istixanada il ərzində 1 ha ərazidən 40-50 ton miqdarında məhsul almaq mümkündür (NPC Agro qurulu istixanalarda banan yetişdirməüçün bütün prosesiləri həyata keçirir. Ətraflı məlumat üçün 051 311 00 55 nömrəsilə əlaqə saxlayın). Bu sahədə həötən il istehsala qoyulan xərclər kəskin sürətdə azalır. Hazırda bazar qiyməti ortalama 2-3 AZN olan banan Azərbaycanüçün kənd təsərrüfatında gözəl bir seçimdir.

Bütün bunlardan əlavə Azərbaycanda banan sektorunda yerli istehsalat demək olar yox səviyyəsindədir və yerli istehsal mallarına, xüsusilə kənd təsərrüfatı sahəsində güzəştlər kifayət qədəçoxdur. Bütün bu amillərə nəzər alsaq bu məhsulun bazarda öz yerini tutması qaçınılmaz olduğu göz qabağındadır.

İdeyanı bəyəndinizsə və öz biznesinizi bu sahədə qurmaq istəyirsinizsə ölkənin ilk və professional aqrar konsaltinq şirkəti olan NPC Agro bu məsələlərdə sizə köməklik göstərməyə hazırdır.

Məqalə müəllifi: Surxay NOVRUZOV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253