SƏNAYE

İsmayıllıda 27 tondan çox qurudulmuş tütün istehsal edilib
05 YANVAR
163

İsmayıllıda 27 tondan çox qurudulmuş tütün istehsal edilib

2018-01-05 16:31:00

İsmayıllı rayonunda cari mövsümdə 27 ton 50 kiloqram qurudulmuş tütün istehsal edilib və yığılan məhsul Şəkidəki “İlham M” MMC-yə satılıb.

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, 2017-ci ildə İsmayıllıda 15 hektarda tütün yetişdirilmişdi. Bunun 10 hektarı Diyallı, qalanı isə Qurbanəfəndi, Topçu, Qalınçaq və Təzəkənd yaşayış məntəqələrində əkilmişdi.

Qeyd edək ki, tütünçülük İsmayıllıda vaxtilə təsərrüfatın ənənəvi sahələrindən olub. Aqrar sektorda aparılan islahatlar uzun fasilədən sonra, nəhayət yenidən bu sahəyə diqqəti artırıb. 2016-cı ildən rayonda tütünçülüklə məşğul olunmağa başlanılıb. Həmin il 5 hektarda, 2017-ci ildə isə üç dəfə çox - 15 hektarda tütün əkilib. Cari mövsümdə sahələrin iki dəfə artırılacağı gözlənilir. Artıq rayonda tütün qurutmaxanası da quraşdırılıb. Bu, əl əməyini xeyli yüngülləşdirəcək və nəticədə fermerlərin bu sahəyə marağı daha da artacaq.

© Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277