SƏNAYE

Neftçalada payızlıq taxıl əkini başa çatıb
04 YANVAR
111

Neftçalada payızlıq taxıl əkini başa çatıb

2018-01-04 17:11:00

Neftçalada taxılçılıq aparıcı təsərrüfat sahələrindəndir. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olur.

Rayon icra hakimiyyətindən bildiriblər ki, ötən il rayonda 50 min 854 hektar taxıl sahəsindən 118 min 750 ton məhsul götürülüb. Bunun da 95 min 921 tonu arpa, 22 min 820 tonu isə buğda olub. Neftçalalı taxılçılar cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq səpinə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 51 min 62 hektar sahədə səpin keçirərək payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər.

Payızlıq taxıl əkini kampaniyasında rayonun Xolqarabucaq, Aşağı Qaraimanlı, Xolqaraqaşlı və Boyat inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fermerləri xüsusilə fərqləniblər.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301