SƏNAYE

OPEC hasilat həcmini sabit saxlayıb
04 YANVAR
301

OPEC hasilat həcmini sabit saxlayıb

2018-01-04 14:33:00

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlərin neft hasilatının azaldılması ilə bağlı razılaşmasına uyğun olaraq 2017-ci ilin dekabr ayında “qara qızıl” istehsalı sabit qalıb.   

Fins.az xəbər verir ki, dekabr ayında OPEC-ə üzv olan ölkələr 32,47 mln. barel neft hasil edib. Agentlik analitiklər və neft şirkətləri arasında keçirdiyi sorğudan, həmçinin tankerlərin hərəkəti barədə məlumatların təhlilindən sonra bu nəticəyə gəlib.

Belə ki, Liviya boru kəmərində baş vermiş partlayışdan sonra gündəlik olaraq hasilatı 30 min barel azaldaraq 970 min barelə endirib. Amma bu, Nigeriyada hasilatın artması ilə kompensasiya edilib. Qeyd edək ki, hər iki ölkə ötən il hasilat səviyyəsinin azaldılmasından azad edilib. Hazırda bu ölkələrin də OPEC razılaşmasına uyğun olaraq gündəlik hasilatı 2,8 mln. barel səviyyəsində saxlayacağı gözlənilir.

Qeyd edək ki, OPEC-in ən iri üzvü olan Səudiyyə Ərəbistanında hasilat 20 min ton azalaraq gündəlik olaraq 9,95 mln. ton olub. İqtisadi tənəzzülün və ABŞ-ın sanksiyaları fonunda istehsalın azalmasından zərər görən Venesuela hasilatın həcmini 50 min barel azaldaraq gündəlik olaraq 1,81 mln. barelə endirib.

Bununla da, OPEC-in bütün 12 üzvü özləri bütün digər aylarda olduğu kimi, dekabr ayında da öhdəliklərini 121% yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258