SƏNAYE

Ağdamda meyvə istehsalı 43,1 faiz artıb
04 YANVAR
206

Ağdamda meyvə istehsalı 43,1 faiz artıb

2018-01-04 12:05:00

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda 2017-ci ildə kənd təsərrüfatının digər sahələri kimi meyvə istehsalında da artıma nail olunub.

Ağdam Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov bildirib ki, rayonda 725,6 hektar meyvə bağı var. Meyvə bağlarının 665,2 hektarı bar verəndir. Bağların əsasını xurma, nar, alma, ərik, fındıq, armud, gavalı, albalı ağacları təşkil edir.

İl ərzində bağlardan 4058 ton meyvə, 396 ton üzüm toplanıb. 2016-cı illə müqayisədə meyə istehsalı 43,1 faiz, üzüm istehsalı 21,8 faiz çoxdur.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273