SƏNAYE

Ötən ilin ümumi göstəricisindən 116 min ton çox pambıq tədarük olunub
29 DEKABR 2017
277

Ötən ilin ümumi göstəricisindən 116 min ton çox pambıq tədarük olunub

2017-12-29 17:00:00
Dekabrın 28-dək ölkə üzrə qəbul məntəqələrinə 206 min 351 ton pambıq təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən gün 232 ton pambıq tədarük olunub.
Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ilin ümumi göstəricisindən 116 min ton çoxdur. Aqrar sektorda ənənəvi təsərrüfat sahələrinə, o cümlədən pambıqçılığa diqqətin artırılması, dövlətin hərtərəfli dəstəyi artıq öz bəhrəsini verməkdədir. Yanacaq və motor yağlarına görə subsidiya verilməsi, istehsalçı- lara mineral gübrələrin, müasir texnika və avadanlıqların güzəştli qiymətlərlə satılması, seleksiya və elmi-tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluğun dövlət tərəfindən dəstəklənməsi sahənin inkişafına stimul yaradır. Pambıqçılığın inkişafına dair Dövlət Proqramında 2022-ci ilədək xam pambıq istehsalı- nın 500 min tona çatdırılması qarşıya hədəf kimi qoyulub. Bu tədbirlərin davamı olaraq, gələn il pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254