SƏNAYE

Azərbaycanın qaz ixracı perspektivləri ilə bağlı PROQNOZ
29 DEKABR 2017
378

Azərbaycanın qaz ixracı perspektivləri ilə bağlı PROQNOZ

2017-12-29 10:30:00

2040-cı ilədək Azərbaycandan qaz ixracı hər il 9,1 faiz artacaq.

Fins.az-ın məlumatına görə, bu barədə Qaz İxrac edən Ölkələrin Forumunun "Global Gas Outlook" hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2040-cı ilədək Azərbaycanın qaz ixracı potensialı bugünkü göstəricilərlə müqayisədə 48 milyard kubmetr artacaq. 

Həmin müddətədək ixracatçı ölkələr arasında Azərbaycanın qaz hasilatının payı 5,5 faiz təşkil edəcək.

Forumun dərc etdiyi hesabatda vurğulanır ki, proqnozlaşdırılan müddətdə qaz ticarətində əsas vasitə boru kəmərləri olacaq: "Hazırda boru kəmərləri ilə ixrac həcmində MDB ölkələrinin payı 50 faizə bərabərdir. Bu rəqəm 2040-ci ilə qədər 69 faizədək artacaq. Bu artımın əsas səbəbi MDB regionundan boru kəməri infrastrukturunun iki vacib bazara (Avropa və Çin/Hindistan) çıxması olacaq".

Mütəxəssislər bildirir ki, ortamüddətli perspektivdə qeyd edilən regionlarda bir sıra iri boru kəməri layihələri işə salınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258