SƏNAYE

Strateji Yol Xəritəsi üzrə müzakirələr davam etdirilir
28 DEKABR 2017
320

Strateji Yol Xəritəsi üzrə müzakirələr davam etdirilir

2017-12-28 12:17:00

İqtisadiyyat Nazirliyində "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında Nazirliyin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib.
Görüşdə Naftalan kurortunda və digər müalicə-sağlamlıq müəssisələrinin yenidən qurulması ilə bağlı aidiyyəti qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verilib. İxtisaslaşmış turizm sənayesinin inkişafı ilə bağlı strateji yol xəritəsində sağlamlıq turizmi üzrə müəyyənləşdirilmiş hədəf göstəricisi və turizmin bu istiqamətinin inkişafı, eləcə də Naftalan, Qalaaltı və Duzdağda fəaliyyət göstərən müalicə-sağlamlıq müəssisələrində və turistlər üçün cəlbedici olan digər müəssisələrdə aparılacaq bərpa və yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə aidiyyəti qurumların təklifləri əsasında 2018-2020-ci illər üzrə görüləcək işləri əhatə edən tədbirlər planının hazırlanması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258