SƏNAYE

Şəmkir rayonunda ötənilkindən 260 hektar çox sahədə taxıl əkilib
28 DEKABR 2017
127

Şəmkir rayonunda ötənilkindən 260 hektar çox sahədə taxıl əkilib

2017-12-28 10:50:00

Şəmkir rayonunda taxılçılıqda məhsuldarlığın daha da yüksəldilməsi üçün yeni sortlardan istifadə edilməklə yanaşı, əkin sahələrinin artırılması istiqamətində də addımlar atılır.

Fins.az xəbər verir ki, rayonun təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpini artıq başa çatıb. Rayon üzrə 14 min 389 hektar sahəyə toxum səpilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 260 hektar artıb.

Taxıl əkinlərinin 10 min 351 hektarını buğda, 4 min 38 hektarını isə arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda əkinlərə aqrotexniki qulluq göstərilir. Fevral-mart aylarında isə sahələrə yemləmə gübrəsi veriləcək.

Xatırladaq ki, Şəmkirdə builki mövsümdə 14 min 129 hektar taxıl sahəsindən 43 min 151 ton məhsul götürülüb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301