SƏNAYE

2018-ci ildə iqtisadiyyatın 3 əsas drayveri olacaq – AÇIQLAMA
27 DEKABR 2017
245

2018-ci ildə iqtisadiyyatın 3 əsas drayveri olacaq – AÇIQLAMA

2017-12-27 14:26:00

İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı 2018-ci il üzrə iqtisadiyyatın əsas drayverlərini açıqlayıb. O, Fins.az-ın sualına cavab olaraq bildirib ki, Azərbaycan iqtisadiyyatının strukturunda ən böyük dəyişiklik ticari sektorlara keçidin baş verməsidir və bu keçid fonunda real iqtisadiyyat qeyri-neft sənayesi, kənd təsərrüfatı və turizm sektorunun hesabına artacaq. Qeyri-neft sənayesi sahəsinin tərkibində  kimya, metallurgiya sənayesi, kənd təsərrüfatının tərkibindən pambıqçılıq,tütünçülük,baramaçılıq,sitrus bitkiləri, meyvə-tərəvəzçilik önəmli rola malikdir: “2017-ci il onu göstərdi ki, bizim əsas artım nöqtələri məhz bu 3 dayağın üzərindədir. Amma illlər keçdikcə iqtisadi çağırışlara uyğun olaraq drayverlərdə dəyişikliklər baş verə bilər. Bu il olduğu kimi 2018-ci ildə də qeyri-neft sənayesi, kənd təsərrüfatı və turizm iqtisadiyyat üçün əsas drayver rolunu oynayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301