SƏNAYE

Tərtərdə 1541 hektardan 65 min tondan çox şəkər çuğunduru yığılıb
27 DEKABR 2017
136

Tərtərdə 1541 hektardan 65 min tondan çox şəkər çuğunduru yığılıb

2017-12-27 13:34:00

Bu il 1541 hektar sahədə şəkər çuğunduru becərən Tərtər rayonunun torpaq mülkiyyətçiləri məhsul yığımını başa çatdırıblar.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, sahələrdən 65 min 727,5 ton çuğundur əldə edilib. Bu, ötən illə müqayisədə 8855,4 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 426,5 sentner təşkil edir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.

Qeyd edək ki, şəkər çuğunduru Tərtər rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301