SƏNAYE

Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatında 100 min tut tingi əkilib
26 DEKABR 2017
292

Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatında 100 min tut tingi əkilib

2017-12-26 15:20:00

Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən çoxprofilli “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin kollektivi calaq üsulu ilə əldə olunan tinglərdən yeni bağlar salıb.

Fermer təsərrüfatının rəhbəri Araz Yağubov bildirib ki, sentyabrın 2-də Prezident İlham Əliyevin təsərrüfata baş çəkməsi, görülən işlərlə maraqlanması kollektivi baramaçılığın yem bazasını daha da inkişaf etdirməyə ruhlandırıb.

“Ötən il Çindən gətirilərək 1,2 hektar sahədə əkilən 12 min tut tingi yaxşı inkişaf etdiyi üçün həmin ağaclardan əlavə ting hazırlamağa qərar verdik. Kollektiv qısa müddətdə calaq yolu ilə 100 min yüksəkkeyfiyyətli tut tingi hazırlayaraq yeni tut bağları salıb”, - deyən A.Yağubov qeyd edib ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri kollektivi bu gəlirli sahəni yenidən dirçəltməyə həvəsləndirib. Fermer təsərrüfatının rəhbəri bildirib ki, baramaçılığın inkişafı ölkəyə valyuta axınına, yeni iş yerlərinin yaranmasına səbəb olacaq, əhalinin güzəranı yaxşılaşacaq.

Baramaçılığın möhkəm yem bazasını yaradan fermer təsərrüfatında kümxananın tikintisinə də başlanılıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253