SƏNAYE

Azərbaycanda qızıl və gümüş hasilatı artıb
14 DEKABR 2017
363

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

2017-12-14 18:25:00

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 5 669,0 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 67,9% artaraq 566,8 kq təşkil edib. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2017-ci il 1 dekabr tarixinə hazır qızıl ehtiyatı 63,5 kq, gümüş ehtiyatı 73,5 kq olub. Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniya şirkətinin payı 49% təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259