SƏNAYE

Vüsal Qasımlı Parisdə Azərbaycanda aparılan iqtisadi islahatlardan danışıb
14 DEKABR 2017
441

Vüsal Qasımlı Parisdə Azərbaycanda aparılan iqtisadi islahatlardan danışıb

2017-12-14 11:58:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Parisdə Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OCED) və SİGMA-nın birgə təşkilatçılığı ilə keçirilən “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransında iştirak edib. Konfrans zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar, o cümlədən, struktur islahatları barədə çıxış edib. O qeyd edib ki, Azərbaycanda strateji idarəetmə, açıq hökümət və vətəndaş iştirakçılığı prinsiplərinə uyğun olaraq islahatların hazırlanması, icrası, monitorinq və qiymətləndirilməsi şəffaf və inklüziv həyata keçirilir. Buna görə də ölkədə aparılan iqtisadi islahatlar dönməz xarakter alıb və səmərəli nəticələr verib. Xüsusilə, idarəetmə islahatları zamanı vətəndaş iştirakçılığının təmin ediməsində “m-residency” geniş imkanlar açır. Vüsal Qasımlı həmçinin vurğulayıb ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Avrasiya materikində elektron imzaların qarşılıqlı tanınması əsasında vahid rəqəmsal məkanın yaradılmasını təmin edir ki, bu da, xidmətlərin alınmasını asanlaşdırır və dövlət idarəçiliyini təkmilləşdirir. “Avropada ilk Rəqəmsal Ticarət Qovşağı yaradan Azərbaycan rəqəmsal xidmətlərin rolunu genişləndirməklə idarəetmə islahatları üçün nümunə ölkə kimi çıxış edir.”

V.Qasımlı idarəetmə islahatları çərçivəsində ASAN xidməti, Azexport portalını, mobil və elektron imza məsələlərinə toxunub.

Konfransın plenar iclaslarında çətin vaxtlarda dövlət administrasiyasının vətəndaşlar üçün transformasiya edilməsi, dövlət idarəçiliyinin uzunmüddətli iqtisadi inkişafa təsiri ilə bağlı müzakirələr aparılıb. Konfrans iştirakçıları eləcə də vətəndaşların idarəçilik islahatlarına cəlb edilməsi, eləcə də qanunun vətəndaşlar və biznes üçün vacib olma səbəbləri ilə bağlı sərbəst fikir mübadiləsi aparıblar.

Tədbirdə Kanada, Polşa, Albaniya, Gürcüstan, Ukrayna, Ermənistan, Moldova, Əlcəzair, Mərakeş, Tunis, Yunanıstan, Bosniya və Hersoqavina və digər ölkələr yüksək səviyyəli dövlət rəsmilər ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260