SƏNAYE

Energetika nazirinə müşavir təyin olunub
12 DEKABR 2017
415

Energetika nazirinə müşavir təyin olunub

2017-12-12 16:32:00

Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub. Fins.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov özünə yeni müşavir təyin edib.

Məlumata görə, P.Şahbazovun yeni müşaviri Zaur Məmmədov olub.

Z.Məmmədov bundan öncə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini vəzifəsini icra edib.

Daha əvvəllər isə “Azərenerji” ASC-nin Ekologiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273