SƏNAYE

SOCAR Vyetnamla neft ixracı müqaviləsi bağlayıb
08 DEKABR 2017
161

SOCAR Vyetnamla neft ixracı müqaviləsi bağlayıb

2017-12-08 10:17:00

Azərbaycanın “SOCAR Trading” və Vyetnamın “Binh Son Refining and Petrochemical Co.” (BSR) şirkətləri arasında müqavilə imzalanıb. 

Fins.az-ın verdiyi xəbərə görə, müqaviləninin qüvvədə olacağı 2018-2021-ci illər ərzində hər ay “SOCAR Trading” Vietnam şirkətini ayda 3 mln. barel “Azeri Light” və 2 mln. barel isə digər markalı xam neftlə təmin edəcək. Bu xammal şirkətin "Dung Quat" neft emalı zavodu üçün nəzərdə tutulub.

BSR-in rəhbəri Nqyuen Hoai Gianq jurnalistlərə açıqlamasında bildirib ki, bu müqavilə şirkət üçün olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, 2017-ci ilin ilk 11 ayında Vyetnamda neft hasilatı illik müqayisədə 10,6% azalaraq 12,48 mln. tona, yaxud gündəlik 273,8 min barelə düşüb. Halbuki ölkə illik hədəf istehsalı kimi 14,2 mln. ton müəyyən edib.

“Thompson Reuters Eikon” sistemi göstərir ki, bu ilin yanvar-noyabr aylarında SOCAR artıq Vyetnama 4 mln. barel xam neft ixrac edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301