SƏNAYE

Ölkə üzrə pambıq tədarükü 200 min tona yaxınlaşır
07 DEKABR
112

Ölkə üzrə pambıq tədarükü 200 min tona yaxınlaşır

2017-12-07 12:09:00

Dekabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 197 min 715 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən gün 694,51 ton pambıq tədarük edilib. Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar dekabrın 6-dək 25 min 396 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir. Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287