SƏNAYE

2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox pambıq təhvil verilib
06 DEKABR 2017
358

2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox pambıq təhvil verilib

2017-12-06 12:41:00

Dekabrın 5-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 197 min 21 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Belə ki, keçən il dekabrın 5-dək 82 min 257 ton məhsul tədarük edilmişdi. Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Sonrakı yerlərdə isə Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonları gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259