SƏNAYE

Azərbaycanda sənaye parklarında 25 rezident qeydiyyata alınıb
06 DEKABR 2017
273

Azərbaycanda sənaye parklarında 25 rezident qeydiyyata alınıb

2017-12-06 11:10:00

Azərbaycanda 5 sənaye parkı, 3 sənaye məhəlləsi və 3 aqropark yaradılıb. Sənaye parklarında 25 rezident qeydiyyata alınıb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları” mövzusunda keçirilən tədbirdə deyib.

“Eyni zamanda, ölkəmizdə 28 rayon üzrə 42 aqroparkın yaradılması təşkil olunub. Bu aqroparkların ümumi dəyəri 350 milyon manatdır”, - deyə nazir müavini qeyd edib.

Niyazi Səfərov, həmçinin indiyədək 200-dən çox sahibkara investisiya təşviqi sənədinin verildiyini diqqətə çatdırıb.

© Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254