SƏNAYE

SOCAR Novorossiysk limanından ixracı 24% artırıb
05 DEKABR 2017
157

SOCAR Novorossiysk limanından ixracı 24% artırıb

2017-12-05 15:26:00

 Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 1 407 299 ton xam neft ixrac edib.

Fins.az xəbər verir ki, bu həcmin 164 619 tonu noyabr ayında ixrac olunub.

Bu ili yanvar-noyabr aylarında Novorossiysk limanından ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 24%, noyabr ayında ixrac olunan xam neftin həcmi isə ötən ilin noyabr ayından 3,1% çox olub.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301