SƏNAYE

Budama - Fermerlərin ən uğurlu vərdişi
05 DEKABR 2017
396

Budama - Fermerlərin ən uğurlu vərdişi

2017-12-05 14:08:00

Təbii, qiymətli və dadlı meyvələrin yetişdirilməsi, zövqlü bir iş kimi səslənir. Daimi bitki yetişdirən fermerlər şirin və rəngarəng meyvələri daşıyacaq ağaclarla, ecazkar mənzərə ilə əhatə olunmuş ən gözəl "ofislərdə "işləmək üstünlüyünə malikdirlər. Bağçılıqla məşğul olmaq uzunmüddətli bir investisiya olduğundan, uğurlu fermerlər hər mövsümü düzgün idarə etmək üçün torpaq hazırlığından meyvə yığımına qədər bütün mərhələlərdə çox diqqətli olurlar. (NPC Agro payız sonu və qış aylarında meyvə bağlarının məhsuldarlığının artırılması üçün İtalyan aqronomun nəzarəti ilə gübrələmə və dərmanlama təklif edir - 051 311 00 55) Bu baxımdan məhsulların müntəzəm və düzgün saxlanılması məhsuldar meyvə istehsalının tənzimlənməsində ən mühüm amillərdən biri hesab olunur. Meyvə bağlarının müntəzəm qulluğuna gəldikdə isə burada ən vacib nüanslardan biri budamadır.

Budama ağac və kolların xüsusi hissələrinin seçici kəsimini ifadə edən və bağçılıqda yüksək məhsuldarlıq məqsədilə gerçəkləşdirilən prosesdir. Qısacası budama bitki inkişafı və formalaşmasında müsbət dəyişiklik əldə etmək üçün tətbiq olunur.

Praktik olaraq, budama çox ciddi şəkildə aparılmalıdır. Əslində, hər bir məhsul üçün müntəzəm və düzgün idarə olunan budama tələb olunur. Budamanın əhəmiyyətini göstərən üç vacib səbəb aşağıda göstərilmişdir:

  • Ağacların və ya kolların artımını, eləcə də meyvə məhsuldarlığını balanslaşdırır;

  • Budama zərərvericiləri və xəstəliklərə qarşı müqaviməti artırır;

  • Budama bir ağacın və ya kolun ölçü və formasına nəzarət edir

Budamanın formaları haqqında

Bitkilər canlı varlıqlardırlar. Buna görə də, hər bir ağac onun strukturuna, yaşına və inkişaf şərtlərinə fərdi yanaşma tələb edir. Bu baxımdan dörd budama növü var:

1. Forma verən budama - gənc ağacların formalaşması prosesinə təkan üçündür. Bu proses yalnız əkindən sonrakı ilk 5 ili əhatə edir. Əsas məqsədi meyvənin ağırlığını daşıyacaq balanslı forma və möhkəm bir quruluş yaratmaqdır. Dəqiq forma, eləcə də hündürlük və budamanın baş tutma zamanları, növün, müxtəlifliyi və yerli becərmə şərtlərinə görə dəyişir.

2.Sabit budama - Sabit iqlim şəraiti olan ərazilərdə qışlıq budama kimi də tanınır. Əkin növündən asılı olaraq, hər vegetasiya dövründə, tumurcuqlanma mərhələsində tətbiq olunur. Bu növ budama bitki ölçülərinin nizamlanması, xəstə və zəif budaqların ləğv olunması və yeni inkişafa şərait yaradılması üçün vacibdir.

3. Yaşıl budama – Sabit budamadan fərqli olaraq yay budaması yalnız ağacın və ya kolun ölçüsünə təsir edir. Bu növ budama əsasən bitkinin normadan çox böyüməsinin qarşısını alır, hava axınını, işıqlanmanı yaxşılaşdırır, xəstəlik və zərərvericilərlə mübarizəni gücləndirir.

4. Canlandırıcı budama - bəzən bitki baxımsız və görünüşsüz vəziyyətə düşdükdə tətbiq olunur. Bu tip yeniləmə işləri adətən vegetasiya dövrünün əvvəllərində baş tutur. Məsləhətdir ki, 25%-dən artıq bitki hissələri kəsilməsin (bitki çətirinin yeri örtmə dərəcəsi azalmasın).

Burada iki növ kəsim forması ayırmaq olar:

  • İki yarpaq buğumu arasındakı incə və ya qalın budaqların kəsilməsi. Bu kəsimlər inkişafdan qalmış tumurcuqları aktivləşdirmək və yeni budaqların yaranmasına stimul verməkdən ötrü edilir;

  • Bütöv budağın bitmə yerindən kəsilməsi. Normadan artıq inkişafın qarşısını alır, işıq və hava sirkulyasiyasını artırır və meyvə keyfiyyətini yaxşılaşdırır.

Növündən asılı olmayaraq, budamanın tam dibdən edilməməsi məsləhət görülür. Əgər budaq çox cavandırsa onun bitmə nöqtəsini tam təyin etmək çətin olur. Bu vəziyyətdə kəsmə işinin arzu olunan tumurcuq yerindən nisbətən yuxarıda, maili formada aparılması məqsədə uyğundur. Unutmamaq lazımdır ki, dezinfeksiya və sanitar qaydalara riayət etmək hər bir halda vacibdir.

 Müəllif: Surxay Novruzov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277