SƏNAYE

196 min tondan çox pambıq təhvil verilib
05 DEKABR 2017
413

196 min tondan çox pambıq təhvil verilib

2017-12-05 12:55:00

Dekabrın 4-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 196 min 258 tondan çox məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, bu məhsulun 1173 tonu ötən iki gündə tədarük olunub.

Ölkə üzrə təhvil verilən məhsulun yarıdan çoxu – 54,58 faizi Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonlarının payına düşür.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ildəkindən 107 min ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259