SƏNAYE

Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsalın həcmi 27,2 faiz artıb
04 DEKABR 2017
408

Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsalın həcmi 27,2 faiz artıb

2017-12-04 15:56:00

Cari ilin yanvar-oktyabr aylarında Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 442 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə bu sektorda istehsalın həcmində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 27,2 faizlik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 20,6 faiz artaraq 187,3 milyon manat təşkil edib.

© Azərtac

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259