SƏNAYE

Paytaxtda sement istehsalı 25% artıb
04 DEKABR
144

Paytaxtda sement istehsalı 25% artıb

2017-12-04 15:33:00

Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,1% artaraq 363,4 mln. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, sementin istehsalı 25,2%, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 30,1%, tikinti kərpicinin istehsalı 67,5% artıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 410,6 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 0,1%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 17%-lik azalma müşahidə olunub. On ay ərzində sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı 5,6 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 2,4 dəfə artıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289