SƏNAYE

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb
04 DEKABR
84

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

2017-12-04 11:36:00

Azərbaycan 2017-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə təqribən 4,86 milyard kubmetr qaz tədarük edib.

Türkiyənin Enerji bazarlarının nizamlanması İdarəsinin (EPDK) verdiyi məlumata görə, ötən ilin analoji dövründə bu göstərici 4,84 milyard kubmetr olub.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6,48 milyard kubmetr (2015-ci ildə 6,17 milyard kubmetr) təbii qaz ixrac edib.

İdarənin hesabatına əsasən, Türkiyə yanvar-senyabrda 39,62 milyard kubmetr qaz idxal edib.

Türkiyəyə idxal edilən ümumi qaz həcmində Azərbaycanın payı 12,3 faiz təşkil edir.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə qaz Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə nəql edilir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289